ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrak bildirib ki, Osmanlı imperiyasının süqutundan etibarən Qərbin Yaxın Şərqdə atdığı hər bir addım yanlış olub.
Oxu.Az "Yeni Şafak"a istinadla xəbər verir ki, o bunu Manama Dialoqu forumunda bəyan edib.
"Kolonial mandat sisteminin tayfalara və dini qruplara tətbiqi heç vaxt işə yaramayıb. Həqiqətən də, heç vaxt", - deyə o bildirib.