Torontoda qızın bıçaqla avtobusdakı sərnişinlərə hücum etməsi nəticəsində 4 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, CTV telekanalı cinayətkarın hadisə yerində yaxalanması ilə bağlı məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya aparılıb.
Cinayətkarın 20 yaşlı Ceyd Nelson olduğu aydınlaşıb. Hadisənin təfərrüatları məlum deyil.