Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Trabzonspor” - “Fənərbağça” matçında meydana daxil olan azarkeş: “Zərərçəkən mən oldum”
“Məqsədim “Paltardəyişmə otağına gedin” demək idi”.
Bu sözləri “Trabzonspor” - “Fənərbağça” matçı zamanı meydana daxil olan azarkeş Hasan Çetinkaya polislərə verdiyi ifadəsində deyib.
“Almaniyada yaşayıram. Matçı izləmək üçün Trabzona gəldim. Rəqib komandanın futbolçularının təxribatçı hərəkətlərindən bir anlıq özümü saxlaya bilmədim. Meydançaya daxil olaraq, futbolçulara tərəf qaçdım. Məqsədim onlara soyunub-geyinmə otağına getmələrini demək idi. Sonra onların mənə tərəf qaçdığını görəndə özümü müdafiə etmək üçün əllərimi önümə tutdum. Ancaq heç kimə zərbə vurmadım. Məni qarşı tərəfdən vurdular və mən yerə yıxıldım. Yerdə ikən də məni təpiklədilər. Meydançaya girdiyimə görə peşmanam. Nəticədə əsl zərərçəkən mən oldum”, - deyə Çetinkaya açıqlama verib.
Mənbə: hurriyet.com
Rəylər