Türkiyənin Adıyaman şəhərində havanın temperaturunun 40 dərəcəyə qədər yüksəlməsi ilə əlaqədar sakinlər sərinlənmək üçün yaxınlıqdakı su hövzələrinə üz tutublar.
“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, traktorun sürücüsü uşaqların əyləncəsinə adrenalin qatmaq qərarına gəlib.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.