Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tramp ABŞ-də yay vaxtına keçidi ləğv etmək niyyətindədir
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkədə yay vaxtına keçidi ləğv etmək niyyətində olduğunu açıqlayıb.
O bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat verib və qeyd edib ki, Respublikaçılar Partiyası bu məsələ ilə bağlı fəal işləyəcək.
D.Trampın sözlərinə görə, yay vaxtına keçid faydadan daha çox narahatlıq və xərc gətirir.
"Yay vaxtı ölkəmiz üçün əlverişsiz və çox baha başa gəlir", - deyə Donald Tramp qeyd edib.
ABŞ-də mövsümi vaxt dəyişikliyi, Avropada olduğu kimi, yazda saatların bir saat irəli, payızda isə bir saat geri çəkilməsini nəzərdə tutur.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp ABŞ səmasında naməlum pilotsuz təyyarələrin vurulmasını təklif edib
- Paşinyan Trampla dost olmağa can atır
- Tramp İranın nüvə proqramına mane olmaq üçün zərbələr endirə bilər
- Bayden Trampın "mirasını" satır: Sərhəd divarının hissələri hərraca çıxarılacaq
- Tramp Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib
Ən çox oxunanlar
Rəylər