ABŞ prezidenti Donald Tramp ölkəsini NATO-dan çıxarmağı planlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The New York Times” nəşrində məqalə dərc olunub.
Məqaləyə görə, Ağ Ev rəhbəri 2018-ci il ərzində apardığı şəxsi söhbətlərdə bir neçə dəfə ABŞ-ın NATO-nu tərk etməsini arzuladığını dilə gətirib.
Onun həmsöhbətləri Trampın ortaq hərbi büdcə ilə bağlı avropalı müttəfiqləri ilə onun arasında düşən ixtilaflardan dolayı bu addımı atacağından ciddi şəkildə narahatdır.