ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı güc tətbiq etməyə də bilər.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində bildirib.
O, güc tətbiqi halında ABŞ-nin Yaxın Şərqdə uzunmüddətli münaqişəyə cəlb olunması riskinin mövcud olduğunu etiraf edib. "Məncə, təhlükə həmişə var. Münaqişə şəraitində hər şey baş verə bilər - həm yaxşı, həm də pis", - deyə o bildirib.
Tramp, həmçinin ABŞ-nin güc tətbiqinin İranda hakimiyyət dəyişikliyinə gətirib-gətirməyəcəyini bilmədiyini qeyd edib. Bununla yanaşı, o vurğulayıb ki, ABŞ güc tətbiq etməyə də bilər, lakin bəzən buna məcbur olur.