"ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
O qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq.
"Vaxtımız azdır. Onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik", - ABŞ prezidenti deyib.
Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək. Görüşdə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması müzakirə olunacaq. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçı rəhbərlik edəcək.