ABŞ koronavirus peyvəndini digər ölkələrlə bölüşməyə hazırdır.
Rg.ru xəbər verir ki, bu barədə Prezident Donald Tramp Şimali Karolinadakı çıxışı zamanı deyib.
Amerika liderinin sözlərinə görə, ölkə əvvəlcədən kütləvi şəkildə namizəd peyvəndlər istehsal edir ki, vaksin təsdiqlənən ilk gündən etibarən amerikalılara təqdim olunsun:
“Bütün dünyada insanlar üçün çox sayda peyvənd istehsal edəcəyik”.
Tramp xatırladıb ki, ABŞ artıq vaksin tədarükü ilə bağlı ən perspektivli istehsalçılarla razılığa gəlib.
Bunun böyük bir istehsal səfərbərliyi olduğunu vurğulayan prezident İkinci Dünya Müharibəsindən sonra buna oxşar heç nəyin baş vermədiyini qeyd edib.
Rəylər