Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tramp: "ABŞ Səudiyyə Ərəbistanı və OPEC-in neft qiymətlərini endirməsi üçün səy göstərəcək"
"ABŞ Səudiyyə Ərəbistanı və OPEC-in neftin qiymətini aşağı salması üçün səylərini artıracaq, o cümlədən Ukrayna məsələsi ilə bağlı Rusiyaya təzyiq göstərəcək".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
O deyib ki, əgər neftin qiyməti aşağı düşsə, Rusiya ilə Ukrayna arasındakı müharibə dərhal sona çatar, amma hazırda qiymətlər müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir.
Tramp, həmçinin bildirib ki, OPEC ölkələri çoxdan neftin qiymətini aşağı salmalı idilər, bu halda Ukraynada münaqişə artıq başa çatmış olardı.
ABŞ prezidenti əlavə edib ki, Səudiyyə Ərəbistanı hazırda ABŞ-yə təxminən 600 milyard dollar sərmayə yatırır, amma o, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səuddan bu sərmayəni 1 trilyon dollara çatdırmağı xahiş edəcək.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampın vətəndaşlıq hüquqlarını məhdudlaşdıran sərəncamının icrası dayandırılıb
- Xronika: "Bayden administrasiyası "topal ördək" rolunda ermənilərə sonuncu yaxşılığını etdi"
- Donald Trampın çıxışından sonra neftin qiyməti azalıb
- Tramp yanından ayırmadığı mühafizəçisinə yüksək vəzifə verdi
- Co Bayden barəsində araşdırma başlayır?
Rəylər