ABŞ Prezidenti Donald Tramp kommunizmi onun ölkəsi üçün əsas təhlükə adlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
ABŞ liderinin sözlərinə görə, kommunizm hər iki dünya müharibəsindən, Yaponiyanın Perl-Harbora zərbəsindən və 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror aktından bəri ABŞ üçün "ən böyük təhlükə"dir.
Keçən ilin noyabr ayında demokrat sosialist Zohran Mamdaninin Nyu-York şəhər meri seçkisində qələbəsindən sonra Tramp ABŞ-də kommunizmin qurulmasına yol verməyəcəyinə and içib.
"Mən prezident olduğum müddətcə ABŞ heç bir şəkildə və formada kommunist ölkəsinə çevrilməyəcək. Biz bunu dayandıracağıq. Bu cəfəngiyatı dayandıracağıq", - deyə Donald Tramp bildirib.
Tramp, həmçinin bəyan edib ki, Nyu-York sakinləri "kommunist" merin rəhbərliyində şəhəri tərk edəcəklər. O, Mamdanini deportasiya etməklə və hətta metropolisi ələ keçirməklə hədələyib.