ABŞ prezidenti Donald Tramp miqrasiya axınının dayandırılması üçün Saxara səhralığında divar inşa edilməsinin zəruri olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bunu o, İspaniya xarici işlər naziri Joze Borrelə deyib.
Borrel isə düşünür ki, divarın inşa edilməsi Avropada miqrant problemini həll etməyəcək:
“Lakin Afrika əhalisinin yaxın 20 ildə iki dəfə artacağı bunu zəruri edir. Avropa cəmiyyəti yetərincə strukturlaşmayıb ki, bir faizdən artıq miqrantı, xüsusən də müsəlman miqrantları həzm edə bilsin”.
Nazir bildirib ki, İtaliya miqrant axınının qarşısının alınmasına yönəlik siyasəti davam etdirsə, Avropa böyük böhranla üzləşə bilər.
Rəylər