"ABŞ xalqı İrana qarşı güc tətbiqi kursunu dəstəkləməklə kifayətlənmir, həm də Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün belə sərt tədbirlər tələb edir".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp gələrkən jurnalistlərlə söhbətində bildirib.
"Onlar İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər", - Tramp deyib.
Tramp jurnalistlərin ABŞ Hərb Nazirliyinin İrana qarşı hərbi əməliyyat xərcləri ilə əlaqədar 2026-cı il üçün Konqresdən əlavə 80 milyard dollar maliyyə tələb etməsi barədə sualını cavablandırıb. Jurnalistlər ondan bəzi iqtisadi çətinliklər şəraitində amerikalıların bu qərara necə reaksiya verəcəyini düşündüyünü soruşublar.
"Əsl problemləri görmək istəyirsinizsə, İrana nüvə silahı əldə etmək imkanı verin", - deyə ABŞ lideri bildirib.