Amerikalılar ABŞ prezidenti Donald Trampa əvvəlki illərlə müqayisədə daha az etibar edir.
Oxu.Az xəbər verir ki, bu haqda NBC telekanalı və “The Wall Street Journal” nəşrinin keçirdiyi ictimai rəy sorğusunda deyilir.
Toplanmış məlumatlara əsasən, amerikalıların 62 faizi D.Trampın “Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi” məsələsində yalan danışdığını hesab edir. Müqayisə üçün deyək ki, avqust ayında bu göstərici 52 faiz təşkil edirdi.
Respondentlərin 42 faizi hesab edir ki, Ağ Ev rəhbərinin qeyri-səmimiliyini onun köməkçilərinin verdiyi bəyanatlarda əks etdirir. Bir il əvvəl bu göstərici 36 faiz təşkil edirdi.
Bu arada, sorğuda iştirak edənlərin yarısı belə nəticəyə gəlib ki, baş prokuror Rober Müllerin D.Trampın “Moskva əlaqələri” ilə bağlı apardığı təhqiqat prezidentin dürüstlüyünə şübhə ilə yanaşmağa əsas verir.
Ümumilikdə respondentlərin 43 faiz amerikalı liderə dəstək göstərib, 54 faizi isə onun fəaliyyəti ilə bağlı narazılıq ifadə edib. Yalnız 38 faiz Trampın ikinci müddətə prezidentliyə namizədliyinin irəli sürüləcəyi təqdirdə ona səs verəcəklərini açıqlayıb.
6-12 dekabr tarixləri ərzində aparılan sorğuda ümumilikdə müxtəlif irq, cins, yaş və dinlərdən olan 900 amerikalı iştirak edib.
Oxu.Az yeniləndi!
Rəylər