Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tramp Baydenə qarşı “səlib yürüşü” elan etdi
ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentlik yarışında iştirakını hazırkı Amerika lideri Co Baydenə qarşı səlib yürüşü adlandırıb.
Respublikaçı deyib ki, onun məqsədi ölkəni Baydendən və Bayden administrasiyasındakı cinayətkarlardan azad etməkdir.
Ayova ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bəyan edib ki, Bayden ABŞ demokratiyasını müdafiə etmir, əksinə onu məhv edir.
“Onlar sizin nə dediyinizə, sosial şəbəkələrinizə, hansı avtomobili idarə etdiyinizə nəzarət etmək istəyirlər. Onlar hər şeyi dəyişdirmək istəyirlər. Bu insanlar xəstədirlər”, - Ağ Evin keçmiş sahibi vurğulayıb.
“Əgər məni Ağ Evə qaytarsanız, onların hakimiyyəti sona çatacaq. ABŞ yenidən azad ölkə olacaq”, - Tramp söz verib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Mənbə: rg.ru
"Donald Tramp" teqi üzrə xəbərlər
- İlon Maskın Tramp administrasiyasında əsl vəzifəsi öyrənildi
- Colani cihadçıdan mühafizəkar demokrata çevrilir: 13 il əvvəl Əsədə kim mane oldu?
- Tramp cari ildə ikinci dəfə "ilin adamı" elan edilib
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
- Trampdan Kanada ilə bağlı növbəti paylaşım: ABŞ-nin yeni ştatı olacaq?
Rəylər