ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının protokollarını açıqlayacağını bəyan edib.
Oxu.Az xəbər verir ki, bunu o, Fox News telekanalına müsahibəsində deyib.
“Bunu edəcəyəm, vecimə də deyil”, - deyə o vurğulayıb.
Tramp bildirib ki, 2017-ci ilin yayında Hamburqda Putinlə əla söhbəti olub. Söhbət zamanı İsraildəki vəziyyət və digər məsələlər müzakirə edilib.