ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən mallara qarşı rüsumları 145 faizədək qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNBC telekanalı Ağ Evə istinadən məlumat yayıb.
Telekanalın saytında deyilir: "Ağ Ev aydınlaşdırır ki, Trampın Çin mallarına tətbiq etdiyi rüsumlar indi 145 faiz təşkil edir".
Bundan əvvəl ABŞ Prezidenti Çindən idxala 125 faiz səviyyəsində rüsum tətbiq etmişdi.