ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Twitter” hesabında Çinin iqtisadi siyasətini, eləcə də Cənubi-Çin dənizində hərbi fəallığını tənqid atəşinə tutub.
Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
“Çin bizdən öz valyutasının devalvasiyasının yaxşı olub-olmamasını soruşdu? (bu, bizim şirkətlər üçün rəqabət qabiliyyətliliyində maneələr yaradıb)”, - o yazıb.
Tramp, həmçinin Pekinin bu ölkəyə idxal edilən Amerika məmulatlarına vergi qoymasına narazıçılığını bildirib, halbuki ABŞ Çin məhsullarına vergi qoymayıb.
Bundan başqa, yeni seçilmiş prezident Çinin Cənubi-Çin dənizində hərbi obyektlərin sayını çoxaltdığını da qeyd edib. Həmin obyektlər onun sözlərinə görə, miqyaslı hərbi komplekslərdir.
“Çinin bunu bizimlə razılaşdırdığını düşünmürəm!”, - Tramp öz ritorik sualına cavab verib.
Daha öncə Trampın Tayvanın administrasya rəhbər ilə telefon danışığı olub, bu danışıqdan sonra Çinin XİN-i ABŞ-a sərt bəyanat verib.
N.O.
www.oxu.az