Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp çox mühüm bəyanat verəcəyini vəd etdi
ABŞ Prezidenti Donald Tramp mayın 8-i və ya 9-u çox vacib mövzu üzrə mühüm və müsbət bəyanat verəcəyini vəd edib.
Oxu.Az xəbər verir ki, Birləşmiş Ştatların prezidenti bu vədini Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşdə səsləndirib.
O, gələn həftə Yaxın Şərqə işgüzar səfər edəcəyini xatırladaraq bildirib: "Fikrimcə, bunadək çox, çox böyük elan verəcəyik".
Bununla belə, D.Tramp söhbətin nədən getdiyini dəqiqləşdirməyib:
"Bu, uzun illər ərzində müəyyən mövzu, çox vacib mövzu üzrə verilmiş ən mühüm elanlardan biri olacaq".
Xatırladaq ki, ABŞ prezidenti mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etməyi planlaşdırır.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp Rusiyanı oğurluqda ittiham etdi
- Trampın xüsusi elçisi Rusiya-Ukrayna məhbus mübadiləsini "ən müsbət nəticə" adlandırdı
- Trampın sülh təşəbbüsləri niyə puça çıxır?
- Tramp ona hədiyyə edilən "Boeing" təyyarəsi üçün hər il milyon dollara yaxın xərc çəkəcək
- Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı İŞDƏN ÇIXARILDI