"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən güclü ordularından birinə sahibdir".
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində deyib.
Tramp çıxışı zamanı Türkiyənin hərbi gücünə diqqət çəkərək Ərdoğanı tərifləyib.
"Ərdoğana təşəkkür edirəm. Heyrətamiz lidersiniz", - deyə Ağ Evin rəhbəri vurğulayıb.