ABŞ prezidenti Donald Tramp Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbası İsraildəki ölkə səfirliyinin Qüdsə köçürəcəyi barədə xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri yazır
“ABŞ dövlət başçısı Donald Tramp Fələstin prezidenti Mahmud Abbasa zəng vuraraq Amerika səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini bildirib”, - Fələstin liderinin mətbuat katibi Nabil Əbu Rudeyn deyib.
O əlavə edib ki, Fələstin prezidenti Mahmud Abbas öz növbəsində bu qərarın regionda təhlükəsizliyin və sabitliyin pozulmasına səbəb olacağını bildirib.
S.B.
www.oxu.az