Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tramp “fırıldaqçı” Baydeni Milad günü onun qanını qaraltmaqda ittiham edib
ABŞ-nin keçmiş prezidenti Donald Tramp xələfi Co Baydeni Milad günü onun qanını qaraltmaqda ittiham edib. Səbəb isə Baydenin Ağ Evin keçmiş rəhbərini həbs etmək istəyi olub.
Bu barədə siyasətçi özünün “Truth Social” sosial şəbəkə hesabından bildirib.
O deyib ki, “fırıldaqçı və bacarıqsız” Prezident Baydenə görə, gözəl Milad bayramını keçirmək onun üçün çətinləşib.
Tramp, həmçinin ABŞ prezidentinin siyasi rəqibini həbs etmək məqsədilə bütün qeyri-qanuni imkanlardan istifadə edəcəyini vurğulayıb.
Eks-prezident qeyd edib ki, gələn il Bayden Ədliyyə Departamenti, Federal Təhqiqat Bürosu və prokurorların köməyi ilə seçkilərə əhəmiyyətli müdaxilə edəcək.
Eyni zamanda Tramp gələcəkdə ABŞ-ni yenidən böyük ölkəyə çevirməyə çalışanların, həmçinin ölkəni “dəlilik və məhv olmaqdan” xilas etmək üçün mübarizə aparanların qalib gələcəyinə əminliyini bildirib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampın komandasında Rusiyanın dialoq qura biləcəyi üç "ağıllı adam" kimdir?
- Mask Konqresi Milad tətilinə daha gec getməyə məcbur etdi
- Qərb sülhə mane olur, Tramp Paşinyanı Moskvanın qucağına itələyir
- Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"
- Trampın açıqlaması Panamada kəskin etirazla qarşılanıb: ABŞ bayrağı yandırılıb
Rəylər