Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş
Bakıda sürücünün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.
“Qaynarinfo”nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.
İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını taxaraq idarə edib.
Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı üzə çıxıb.
Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli bildirib ki, idarənin YPX Alayının əməkdaşları tərəfindən həmin sürücü aşkar edilərək saxlanılıb və barəsində protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmə isə, sürücü barəsində müvafiq qərar verib.
Qeyd edək ki, həmin avtomobil 2016-ci ildən axtarışda olub.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər