Melaniya Tramp əri Donald Trampın Fransa Prezidentinin arvadı Bricit Makronla öpüşməsini cavabsız qoymayıb. BFM telekanalının canlı yayımı zamanı bu məqam diqqətdən qaçmayıb.
G7 sammitinin ikinci gününün nəticələrinə dair fotosessiyaya iştirakçı ölkə liderləri ilə yanaşı, onların xanımları da dəvət olunub.
ABŞ Prezidenti Fransa liderinin xanımı Bricit Makronla öpüşdüyü zaman Melaniya Tramp ondan sağda dayanan Kanada Baş naziri Castin Trüdoya yaxınlaşıb.
Kanada təmsilçisi ilə ABŞ-ın birinci ledisi bir-birilərinin yanaqlarından öpüblər. Bundan sonra Tramp xanımının əlindən tutmağa tələsib.