Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp hədələdi: "İran neft sata bilməyəcək"
"Əgər iki tərəf Tehranın nüvə proqramı üzrə razılığa gələ bilməsə, ABŞ Administrasiyası İrana maksimum təzyiq göstərməyə və Tehranı neft ixrac etmək imkanından məhrum etməyə hazırdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən investisiya forumunda çıxışı zamanı deyib.
"Seçim onlarındır. Onların uğurlu ölkə olmasını istəyirik. Biz onların gözəl, təhlükəsiz, böyük ölkə olmasını istəyirik, lakin onlar nüvə silahına malik ola bilməzlər. Bu təklif həmişə qüvvədə qalmayacaq. Vaxt çatıb və onlar indi seçim etməlidirlər. Bizim vaxtımız çox deyil", - deyə ABŞ prezidenti qeyd edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- İran səfiri: "Trampın tələb etdiyi qeyd-şərtsiz kapitulyasiya olmayacaq"
- 15 ildən sonra İLK - Tramp Laçını ziyarət edən pakistanlını şama dəvət etdi
- G7 liderləri Trampın Ukraynada sülh təşəbbüsünü dəstəklədilər
- KİV: "ABŞ yaxın 24-48 saat ərzində İrana qarşı hərbi əməliyyata qoşula bilər"
- ABŞ və Böyük Britaniya danışıqlarında kuryoz hadisə Trampı üzr istəməyə məcbur etdi