ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı münaqişənin onun həll edəcəyi doqquzuncu münaqişə ola biləcəyini bəyan edib.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Mən səkkiz müharibəni həll etdim, doqquzuncu da yoldadır. Düşünürəm ki, bu Rusiya və Ukrayna münaqişəsi olacaq", - deyə ABŞ lideri bildirib.