Çin lideri Si Tszinpin ilə ABŞ prezidenti Donald Tramp arasında görüş olub.
Oxu.Az ölkə.az -a istinadən xəbər verir ki, Trampın şərəfinə Pekinin mərkəzindəki Xalq Məclisi Evinin “Qızıl zalı”nda şa yeməyi təşkil edilib. Trampın səfəri şərəfinə təşkil edilən şam yeməyində sonra iki ölkə rəhbəri təkbətək danışıqlar aparıblar.
Danışıqlar zamanı prezidentlər iki ölkənin gələcək əlaqələrini müzakirə ediblər. Danışıqlarda həmçinin dünyada sülhün bərqərar olması və regionda münaqişələrə son qoyulması barədə məsələlərə toxunulub.
Görüşdən sonra hər iki lider jurnalistlər üçün mətbuat konfransı keçirib. Konfransda ilk sözü Çinin rəhbəri deyib.
“Çin və ABŞ arasında böyük okean və uzun məsafə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlərdə heç vaxt soyuqluq olmayıb. Uzaq qonşu ölkəsi olmağımıza baxmayaraq, dostluğumuzu və qarşılıqlı faydalı əməkdaşlığımızı heç vaxt dayandırmamışıq”, - deyə Si Tszinpin bildirib.
Si Tszinpin əlavə edib ki, Çin ilə Abş arasında qlobal əməkdaşlıq davamlı inkişaf edəcək. ABŞ rəhbəri Donald Tramp da öz növbəsində bildirib ki, bu görüş çox önəmlidir.
“Bizim hazırda aaprdığımız danışıqlar və qarşılıqlı razılaşmalar ölkələrimizin tarixində çox önəmli səhifələrdən biridir. Fərqli yerlərdən və uzaq ölkələrdən gəlmiş olsaq da, ölkələrimiz arasında çox ümumi prinsip və istəklər var. Qərb və Şərq arasında bir çox ümumi amillər var. Ümid edirəm ki, Amerika və Çin xalqlarının rifahı üçün səylərimizi birləşdirsək, daha böyük nəticələr əldə etmiş olarıq. Burada hər iki ölkə üçün əsas məqsəd sülh və əminamanlıqdır”, - deyə Tramp bildirib.
Görüş zamanı həmçinin Şimali Koreyanın nüvə sınaqları da müzakirə obyekti olub. Görüşdə mühüm qərarların qəbul olunduğu vurğulanıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezidentliyi dövründə ilk dəfə olaraq həyat yoldaşı Melaniya Trampla rəsmi şəkildə uzun səfərə çıxıb. Trmapın bu səfəri ABŞ prezidentlərinin 25 il ərzində Asiyaya etdiyi ən uzun səfər olacaq. Çünki 25 il ərzində Amerika rəhbərlərindən heç kim bu uzun müddətdə Asiyada rəsmi səfərdə olmayıb. Səfər noyabr ayının 5-dən 14-nə qədər davam edəcək. Səfər ərəfəsində Tramp bir neçə Asiya ölkəsini ziyarət edəcək. O, 5 noyabrda Yaponiyada, 6-7 noyabrda Cənubi Koreyada, 8 noyabrda Çində olacaq. Noyabrın 10-da isə Vyetnama gedəcək. Orada beynəlxalq tədbirdə iştirak edəcək. Noyabrın 12-dən 14-nə qədər isə Filippində olacaq.