ABŞ Prezidenti Donald Tramp ABŞ-nin hərb naziri Pit Heqsetdən raket çatışmazlığı ilə bağlı izahat tələb etməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.
ABŞ prezidenti paylaşımında Pit Heqsetin fəaliyyətini yüksək qiymətləndirərək onun Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirilən əməliyyatlarda və İrandakı hərbi əməliyyatlarda xidmətlərini xüsusi vurğulayıb.
"Pit orduda böyük hörmətə malikdir. O, müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətinin ləğvi, eləcə də hərbi xidmətə cəlb olunanların sayının rekord həddə çatdırılması da daxil olmaqla mühüm uğurlara imza atıb", - deyə Tramp qeyd edib.
Prezident Donald Tramp ABŞ-də hərbi sursat qıtlığı barədə iddialar səsləndirən şəxslərin axtarıldığını və onları həbs cəzası ala biləcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Dövlətə xəyanətə bərabər olan bu iddiaları yayanların axtarışı davam edir. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb olunacaq!", - deyə paylaşımda qeyd edilib.
O, həmçinin bildirib ki, ABŞ nəhəng miqdarda döyüş sursatına malikdir və müdafiə sənayesi müəssisələri ölkə tarixində ən çox sayda zavod inşa edir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıra biləcək sursat qıtlığı ilə əlaqədar hərb naziri Pit Heqsetə öz etirazını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) nəşrinin məlumatı məlumat yayıb. Qəzetin məlumatlı mənbələrinə əsasən, bu gərginlik ötən həftə Kemp-Deviddə baş verib. Burada Tramp mövcud vəziyyətlə bağlı aldadıldığını düşünərək nazirdən sərt şəkildə izahat istəyib.
Nəşr qeyd edir ki, Birləşmiş Ştatların rəhbəri silah çatışmazlığı probleminin artıq həll edildiyinə inanırdı. Lakin o, uzaqmənzilli idarə olunan raketlərin və hava hücumundan müdafiə (HHM) sistemlərinin ciddi şəkildə çatışmadığı barədə faktlarla üzləşib. Mənbələrin sözlərinə görə, məhz bu texnika qıtlığı Trampın son vaxtlar İran ərazisinə yeni genişmiqyaslı zərbələr endirməkdən imtina etməsinin əsas səbəblərindən birinə çevrilib.