"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" ilə oyundan (1:0) sonra Zubirin start heyətində yer almasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun meydana çıxmasının əvvəlcədən hazırlanan taktiki planla bağlı olduğunu deyib.
"Fikrimcə, Zubirə ilk "11-lik"də ehtiyac var idi. Onun üzərindən qurmaq istədiyimiz bir neçə hücum planımız var idi. Həmin epizodlardan bir neçəsi alındı, amma ümumilikdə istədiyimiz kimi olmadı. Başqa xüsusi səbəb yoxdur", - deyə Qurbanov bildirib.
Baş məşqçi bunun Zubirin təcrübəsindən və komandanın oyun planından irəli gələn qərar olduğunu vurğulayıb.