ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumların baş verəcəyi təqdirdə İranı ciddi nəticələrlə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat verib.
Tramp bildirib ki, əgər İran amerikalılara hər hansı zərər vursa, ABŞ çox sərt zərbə vuracaq.
ABŞ prezidenti həmçinin qeyd edib ki, o, İranın nüvə silahından imtina etməsi məsələsində real nəticə istəyir.