Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tramp: İranın vəziyyəti günbəgün pisləşir
ABŞ prezidenti Donald Tramp iranlı həmkarı ilə görüşü haqqında qərarı Tehranın qəbul etməli olduğunu bildirərək, İranda iqtisadi vəziyyətin pisləşdiyini bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“İran və onun iqtisadiyyatı günbəgün pisləşir, özü də çox sürətlə. Görüşüb-görüşməyəcəyimizdən asılı olmayaraq. Bu barədə qərarı yalnız onlar qəbul etməlidirlər”, - deyə, Tramp Twitter-də yazıb.
Iran, and it’s economy, is going very bad, and fast! I will meet, or not meet, it doesn’t matter - it is up to them!
— Donald J. Trump (@realDonaldTrump) 4 августа 2018 г.
Qeyd edək ki, Tramp əvvəllər iranlı həmkarı Həsən Ruhani ilə görüşü istisna etməyərək, istəyin İrandna gəlməli olduğunu, görüş üçün əlavə şərtlərə ehtiyac olmadığını bildirmişdi.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, belə görüş İran daxili və xarici siyasətini dəyişdikdə, ABŞ-ın bir qədər əvvəl tərk etdiyi nüvə razılaşmasının əvəzinə yeni sənədin müzakirəsinə hazır olduğunu bəyan etdikdə mümkündür. Tehrandan gələn cavabda isə ABŞ-ın əvvəlcə nüvə sazişinə qayıtmalı olduğu vurğulanırdı.
Tramp mayın 8-də Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını elan edib. Amerika prezidenti İrana qarşı bütün sanksiyaların, o cümlədən bu ölkə ilə ticarət aparan digər dövlətlərə qarşı təkrar sanksiyaların bərpasını bildirib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
- ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar
- Tramp "düşmən"lərindən qisas almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir?
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama
Rəylər