ABŞ Prezidenti Donald Tram İsrail və İranının ona münaqişənin dayandırılması və sülhün bərqərar olması xahişi ilə müraciət etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə özün "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Sülh! Yaxın Şərq bundan ancaq qazanacaq. Hər iki ölkə sevgi, sülh və firavanlıq arzulayır. Əgər hər iki tərəf doğru yoldan çıxarsa, qazanacaqları ilə bərabər itirəcəkləri olacaq. İsrail və İranın gələcəyi ümidvericidir. Allah onları qorusun!" - D.Tramp yazıb.