ABŞ prezidenti Donald Tramp azadlığa çıxan pastor Endryu Bransonun tezliklə evinə qayıdacağına ümidvar olduğunu bəyan edib.
Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, Tramp pastorun ABŞ-a qayıtması üçün səylərini əsirgəmədiyini bildirib.
“Fikirlərim və dualarım pastor Bransonladır. Ümid edirəm ki, o, tezliklə evinə qayıdacaq”, - deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə məhkəməsinin qərarı ilə E. Branson məhkəmə zalından azadlığa buraxılıb.
Rəylər