Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tramp Kim Çen Ina “vurulduğunu” etiraf etdi
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o və Şimali Koreyanın lideri Kim Çen In bir-birinə “vurulublar”.
Oxu.Az-ın verdiyi xəbərə görə, Tramp bunu Qərbi Virciniyada tərəfdarları qarşısında çıxışı zamanı söyləyib.
“Mən də sərt idim, o da, biz gah irəli gedir, gah da geri addımlayırdıq. Amma sonradan bir-birimizə vurulduq. O mənə gözəl məktublar yazdı”, - dövlət başçısı deyib.
ABŞ lideri həmçinin KXDR-dən Amerika əsgərlərinin meyitlərinin qaytarılması və dustaqların azad olunması məsələləri ilə maraqlanmamasına dair məlumatları təkzib edib.
KXDR və ABŞ liderlərinin ilk sammiti iyunun 12-də baş tutub. Nəticələrə əsasən Trampın “vacib və hərtərəfli” adlandırdığı sənəd imzalanıb.
Rəylər