ABŞ prezidenti Donald Tramp deyib ki, Krımın Rusiyaya birləşdirilməsinə Vaşinqton administrasiyasının sabiq rəhbəri Barak Obama imkan verib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu fikirləri Kanadadakı sammitdə çıxışı zamanı səsləndirib.
“Krım Obama administrasiyası dövründə əldə verilib”, - ABŞ prezidenti deyib. “O, Rusiyaya Krımı götürməyə imkan verib”, - o əlavə edib.
“Çox güman ki, mənim bu məsələdə mövqeyim fərqli olardı”, - Tramp bildirib.
Rəylər