ABŞ prezidenti Donald Tramp beynində bədxassəəli şiş aşkarlanan senator Con Makkeynlə bağlı o həyatda olduğu dövrdə heç bir bəyanat vermək niyyətində deyil.
Bu barədə Oxu.Az “Wahington Post”a istinadla xəbər verir.
Jurnalistlərin bildirdiyinə görə, Tramp “Makkeyn ölənə qədər onun haqqında danışmaq istəmir”.
Qeyd edək ki, senator xərçəng xəstəliyinin müalicəsindən imtina edib.
Seçkiqabağı çıxışları zamanı Tramp Vyetnam müharibəsi veteranı olan Makkeyni təhqir etmişdi. O bildirmişdi ki, senatoru qəhrəman hesab etmir, çünki Makkeyn vyetnamlılar tərəfindən əsir alınıb.
“Wahington Post”un iddiasına görə, Tramp hələ də söylədiklərinə görə peşman deyil.
Rəylər