Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tramp Meksikanı hədələyib
ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişin (NAFTA) sona çatacağını bəyan edib.
Oxu.Az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, D.Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.
D. Tramp Meksikanın ABŞ-ın “axmaq miqrasiya qanunvericiliyi”nə güldüyünü vurğulayıb:
“Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır”.
Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ-də "TikTok"un taleyini kim həll edəcək - Bayden, yoxsa Tramp?
- Tramp inauqurasiya mərasimi üçün tarixi ənənəni pozdu
- Peskov Trampın dövründə Rusiyaya qarşı sanksiya siyasəti barədə: "Nikbinliyə qapılmaq lazım deyil"
- Ağ Evi tərk edən Baydendən son gediş: Trampın xoşuna gəlməyənlərin əfvini düşünür
- Donald Tramp üç məşhur aktyoru xüsusi səfir təyin etdi
Rəylər