ABŞ prezidenti Donald Tramp özünü sələfləri ilə müqayisə edib. O bildirib ki, sələflərindən fərqli olaraq ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı verdiyi seçkiqabağı vədini yerini yetirib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb.
“Mən seçkiqabağı kampaniyada verdiyim vədi yerinə yetirdim – digərləri isə yox”, - deyə Tramp yazıb.
O, "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Yerusəlimə dair çıxışları olan video da yerləşdirib.
N.O.