Oktyabrın 9-da İsrail və HƏMAS arasında müharibənin bitməsini təmin edən ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Times of Israel" yazır.
Nəşrin iddiasına görə, bunun səbəbi nüfuzlu mükafatı verən Norveç Nobel Komitəsinin yekun iclasının bazar ertəsi, oktyabrın 6-da keçirilməsi və orada qalibin artıq seçilməsidir. Həmin şəxsin adı oktyabrın 10-da açıqlanacaq.
Bu o deməkdir ki, builki laureat ABŞ prezidenti Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməmişdən əvvəl seçilib.
Qalib hələ elan olunmasa da, ekspertlərdən biri nəşrə bildirib ki, bu şəxs Tramp olmayacaq.