ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp prezident seçildiyi halda, ölkənin strateji qüvvələrinin hərbi hazırlığını dəstəkləsə də, nüvə zərbəsini ilk olaraq endirməyəcəyini bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Demokratlar partiyasından olan rəqibi Hillari Klinton ilə bazar ertəsi debatlarda iştirak edərkən Tramp ABŞ-ın silahlanmasında “babalarımızın uçduğu” köhnə strateji “B-52” bombardmançıları var deyib.
“Biz digər ölkələrlə bərabər irəliləmirik. Mən buna son qoyulmasını və nüvə silahından yaxa qutarmaq istərdim. İlk nüvə zərbəsini endirən dəqiq mən olmazdım”, - siyasətçi qeyd edib.
O, dünyada nüvə silahının tətbiq edildiyi an hər şeyin bitəcəyini bildirib.
“Buna baxmayaraq, hazır olmalıyıq. Mən heç nəyi istisna edə bilmərəm. Bəzi ölkələrə, Şimali Koreyaya baxın – biz orada heç nə etmirik. Çin bu problemi bizim əvəzimizə həll etməlidir və Şimali Koreyaya daxil olmalıdır. Çin Şimali Koreyaya nisbətən güclüdür”, - Tramp Şimali Koreyanın nüvə problemindən danışarkən bildirib.
N.O.
www.oxu.az