ABŞ Prezidenti Donald Tramp Puerto-Riko adasını Danimarkaya məxsus Qrenlandiya ilə dəyişmək istəyib.
Bu barədə “The Daily Beast” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Mayls Teylorun açıqlamasına istinadən xəbər yayır.
O, Trampdan bu sözləri 2018-ci ilin avqust ayında şəxsən eşitdiyini deyib.
Teylor qeyd edib ki, həmin vaxt ABŞ Prezident Administrasiyasının işçiləri qasırğanın nəticələrinin aradan qaldırılmasına yardım göstərmək üçün tez-tez Puerto-Rikoya səfər edirdilər:
“Bir dəfə getməzdən əvvəl, o dedi ki, təkcə Qrenlandiyanı əldə etmək istəmir, bəlkə də Puerto Rikonu satacaq, və ya Qrenlandiyaya dəyişəcək. Çünki Puerto-Riko çirklidir, oradakı insanlar da yoxsuldur”.
Teylor bildirib ki, Tramp Puerto-Rikoya düşmən münasibət bəsləyib.
2019-cu ildə ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı strateji baxımdan satın almaqda maraqlı olduğunu deyib. Həmin açıqlama ada və Danimarka səlahiyyətlilərinin sərt reaksiyasına səbəb olub.