ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında bildirib ki, soyuq havalara görə Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya zərbələri bir həftəlik dayandırmağı xahiş edib.
Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir.
Trampın sözlərinə görə, Putin bununla razılaşıb.
"Və sizə deməliyəm ki, bu, çox xoş idi", - deyə o əlavə edib.
Tramp bu danışığın konkret olaraq nə vaxt baş tutduğunu dəqiqləşdirməyib.