ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın "Avraam razılaşmaları"na qoşulan ilk ölkə olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o, bununla bağlı "Truth" sosial şəbəkəsində yazıb.
Tramp bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı olub:
"Qazaxıstan mənim ikinci prezidentliyim müddətimdə "Avraam razılaşmaları"na qoşulan ilk ölkədir, bir çoxlarından birincisidir. Bu, dünyada körpülər qurmaqla irəliyə doğru atılmış mühüm addımdır".
Prezident əlavə edib ki, getdikcə daha çox ölkə "sülh və rifah" gətirən "Avraam razılaşmaları"nı imzalamağa çalışır. O, imzalanma mərasimini tezliklə elan edəcəyinə söz verib və qeyd edib ki, bir çox ölkə Trampın dediyi kimi bu "güclər klubuna" qoşulmaq istəyir.