Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp: "Qrenlandiya ABŞ-yə birləşəcək"
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qrenlandiyanın Amerika ərazisinə birləşməsi baş verəcək, çünki bu, beynəlxalq təhlükəsizlik üçün zəruridir.
Oxu.Az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin rəhbəri NATO-nun baş katibi Mark Rütte ilə görüşün əvvəlində bildirib.
"Mən hesab edirəm ki, bu baş verəcək", - deyə ABŞ lideri Qrenlandiyanın ABŞ-yə birləşməsinin perspektivini şərh edərkən deyib.
D.Tramp əlavə edib ki, hazırda Danimarkanın bir hissəsi olan Qrenlandiyanın ABŞ-yə birləşməsi beynəlxalq təhlükəsizlik baxımından zəruridir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ ölkəyə giriş qaydalarını sərtləşdirir: Qırmızı, narıncı və sarı kateqoriyada hansı ölkələrdir?
- Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib
- Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi
- Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı xoş xəbər aldığını açıqlayıb
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
Ən çox oxunanlar