ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə getməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.
Nəşrin mənbəyinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Moskva nümayəndə heyətinin tərkibində olsa idi, ABŞ prezidenti Türkiyəyə getməyi planlaşdırırdı.