ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlini pisləyib və onun radikal islamçı terrorçunun qətlə yetirdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, Trampın rəsmi bəyanatını NBC yayıb.
“Bu gün biz, radikal islamçı terrorçu tərəfindən qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ailəsinə başsağlığı veririk”, - D.Trampın bəyanatında deyilir.
Mətndə səfirin qətlinin sivil qaydaların pozulması və bunun hamı tərəfindən pislənməli olduğu qeyd edilib.
N.O.
www.oxu.az