Neftin qiymətinin bir barel üçün daha 10 dollar ucuzlaşması Rusiyanı Ukraynadakı münaqişə çərçivəsində hərbi əməliyyatları dayandırmağa "məcbur edə bilər".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "CNBC News" telekanalına müsahibəsində deyib.
"Əgər neftin qiyməti bir barel üçün daha 10 dollar ucuzlaşarsa, onun (Rusiya Prezidenti Vladimir Putin - red.) başqa seçimi qalmayacaq", - deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, Rusiya iqtisadiyyatı onsuz da ağır vəziyyətdədir.