Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp seçki üçün Baydendən daha çox pul yığıb
ABŞ-nin keçmiş lideri Donald Tramp seçki kampaniyası üçün ölkənin hazırkı Prezidenti Co Baydendən daha çox vəsait toplayıb.
Məlumata görə, martın 6-dan bəri Trampın seçki kampaniyasının təşkili üçün xərclər 25 milyon dolları keçib, Baydenin göstəricisi isə təxminən 15 milyon dollar olub.
Respublikaçı namizədin seçkiqabağı komitəsi 93,7 milyon dollar əldə etdiyini bildirib. Eyni zamanda, Baydenin komitəsi 57 milyon dollar toplayıb.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də növbəti prezident seçkisi keçiriləcək.
Mənbə: TASS
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ-də Trampa sədaqət dövlət işinə qəbulda və çıxarmada əsas amil olacaq
- ABŞ KXDR ilə dialoqu bərpa edə bilər
- ABŞ-də hökumətlə əlaqələr üçün elit klub açılacaq
- Trampın ilk 100 günü: Reytinqi 80 ilin ən aşağı səviyyəsinə düşdü
- Tramp ABŞ gəmiləri üçün Panama və Süveyş kanallarından pulsuz keçid tələb edib
Ən çox oxunanlar