Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tramp seçkidə uduzarsa, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcək?
"ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı prezidentlik yarışında məğlub olarsa, 2028-ci ildə keçiriləcək növbəti seçkidə yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcək".
Oxu.Az xəbər verir ki, o, bu barədə "Full Measure" verilişinin efirində bildirib.
"Xeyr, namizədliyimi irəli sürməyəcəyəm. Ancaq ümid edirəm ki, uğur qazanacağıq", - deyə respublikaçı müvafiq suala cavab verib.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasının hazırkı prezident Co Bayden tərəfindən təmsil olunacağı güman edilirdi, lakin iyulun 21-də Trampla iyun debatındakı biabırçı çıxışından sonra o, yarışı tərk etmək qərarına gəlib və vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyib. Avqust ayında o, Demokratların prezidentliyə namizədi olub.
"Donald Tramp" teqi üzrə xəbərlər
- İlon Maskın Tramp administrasiyasında əsl vəzifəsi öyrənildi
- Colani cihadçıdan mühafizəkar demokrata çevrilir: 13 il əvvəl Əsədə kim mane oldu?
- Tramp cari ildə ikinci dəfə "ilin adamı" elan edilib
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
- Trampdan Kanada ilə bağlı növbəti paylaşım: ABŞ-nin yeni ştatı olacaq?
Rəylər