Dünən Londonda baş verən terror aktlarına münasibət bildirən ABŞ prezidenti Donald Tramp təhlükəsizlik məsələləri ilə bağlı siyasi korrektliyə son qoymağın zamanı çatdığını bəyan edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, D. Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
D. Tramp deyib ki, siyasi korrektliyi dayandırmaq, ölkə vətəndaşlarının təhlükəsizliyinin təşkili ilə məşğul olmaq lazımdır: “Əgər biz ağıllı olmasaq, hər şey daha pis olacaq”.
N.О.